Türkiyədə qadın ağcaqanad dişləməsindən ölüb

26-11-2019, 00:05           
Türkiyədə qadın ağcaqanad dişləməsindən ölüb
Türkiyənin Tekirdağ bölgəsində ağcaqanad dişləməsindən iki aydır ki, xəstəxanada müalicə alan qadın bu gün dünyasını dəyişib.

Məlumata görə, qadın ağcaqanad dişləməsindən sonra Qərbi Nil virusuna yoluxub və bu onu ölümə gətirib, çıxarıb.

Türkiyə mətbuatında yayılan məlumata görə 57 yaşlı qadını iki ay bundan əvvəl ağcaqanad dişləyib. Bundan sonra qadın özünü pis hiss etdiyindən xəstəxanaya müraciət edib. Xəstəxanada qadına Qərbi Nil virusu diaqnozu qoyulub. İki ay ölümlə mübarizə aparan qadın sonda həyatını itirib.

Türkiyəli mütəxəssislər bildirib ki, adı çəkilən virus ağcaqanadlar vasitəsi ilə insanlara ötürülür. Xəstəliyin əlamətləri əsasən qızdırma, oynaq ağrısı, zəiflik, ürək bulanması, qusma, bulanıqlı şüur, koma ilə müşahidə olunur. Təəssüf ki, hələlik bu xəstəliyin tam müalicəsi tapılmayıb.

Qeyd edək ki, Qərbi Nil virusu Yunanıstanda birinci dəfə 2010-cu ildə aşkarlanıb. 2010-2014-cü illərdə xəstəlikdən 80 nəfər vəfat edib. 2015-2016-cı illərdə isə xəstəliyə yoluxanlar barədə məlumat daxil olmayıb. 2017-ci ildən başlayaraq bu virusa yoluxmaların sayı yenidən artmağa başlayıb.

Ötən il Yunanıstanda Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfər çatmışdı. Bu il isə bu rəqəm 15 nəfərdir.

Qonşu Türkiyədə bu virus ötən il aşkarlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.