Türkiyə ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə etmək niyyətindədir

4-12-2019, 10:01           
Türkiyə ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə etmək niyyətindədir
Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr komitəsinin deputatları ABŞ sanksiyalar tətbiq etsə də, Ankaranın Rusiyanın S-400 zenit-raket sistemlərini almaq və istifadə etməkdən imtina etməyəcəyini söyləyib.

FaktXəbər-in məlumatına görə, bu barədə "İzvestiya" yazıb.

Bu komitənin üzvü Yunus Emreyə görə, Vaşinqtonun mümkün sanksiyaları səbəbindən Türkiyə “öz təhlükəsizliyini təhlükə altına sala bilməz”.

"Terrorizmlə mübarizə birbaşa sərhədlərimizdə aparılır. Coğrafi mövqeyimizə görə sanki bir atəş içərisindəyik", - deyib Emre.

Bundan əlavə, türkiyəli millət vəkili Öztürk Yılmaz ABŞ-ın Ankaraya "Patriot" qurğularını satmasına razı olmadığı üçün Ankaranın S-400 sistemləri almağa məcbur olması barədə fikirlərini dilə gətirib.

O vurğulayıb ki, S-400-lər Amerikanın sistemləri ilə birlikdə istifadə ediləcək.

"Ancaq bunlar ittifaq ölkələrinə qarşı yönəlməyəcək", - deyə Yılmaz əmin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru