Qazaxıstan qazın qiymətini rekord həddə endirəcək

16-06-2020, 00:01           
Qazaxıstan qazın qiymətini rekord həddə endirəcək
Qazaxıstan hakimiyyəti mayeləşdirilmiş qazın qiymətini rekord həddə endirəcək. Qazaxıstanda mayeləşdirilmiş təbii qazın son dəyəri 2020-ci ilin üçüncü rübündə bir ton üçün 28 min təngə (69 ABŞ dollar) olacaq. Bu barədə ölkənin Energetika Nazirliyi məlumat verib.

AZƏRTAC xəbər verir ki, son üç il ərzində qiymət rekord səviyyədə aşağı enəcək. Sonuncu dəfə qazın qiyməti 2017-ci ilin birinci rübündə 28 min tengəyə (69 ABŞ dolları) düşüb. 2018-ci ildən qiymət ton başına 38,7 min tenge (95 ABŞ dolları) səviyyəsində saxlanılıb.

Qeyd edək ki, Qazaxıstanda elektron ticarət platformalarından kənarda daxili bazar üçün qazın qiymətinin dövlət tənzimlənməsi tətbiq edilir. Qazın qiyməti Energetika Nazirliyi tərəfindən hər rüb üçün təsdiq edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru