Türkiyədə avtomobil gölə düşüb: 4 ölü, 3 yaralı, 1 itkin var

16-06-2020, 07:29           
Türkiyədə avtomobil gölə düşüb: 4 ölü, 3 yaralı, 1 itkin var
Türkiyənin Ərzincan ilində mikroavtobus gölə düşüb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, 62 yaşlı Mehmet Dilin idarə etdiyi avtomobil Kəmaliyə ilçəsindəki Şirzı körpüsündən Qarasu gölünə yuvarlanıb.

Əraziyə xilasedicilər çağırılıb və göldən 4 nəfərin meyiti çıxarılıb. Xəsarət alan digər 3 nəfər isə çıxarılaraq xəstəxanaya çatdırılıb. Yaralananların verdiyi ifadə əsasında avtomobildə 8 nəfərin olduğu müəyyən edilib və sürücünün gölə düşmüş avtomobildə qaldığı dəqiqşləşdirilib. Hazırda onun cəsədinin də çıxarılması üçün xilasetmə işləri aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru