Təbriz və başqa şəhərlərdə Azərbaycan səfirliyi qarşısında Azərbaycana dəstək aksiyası keçirilir - 4 nəfər həbs edilib Video

16-07-2020, 21:55           
Təbriz və başqa şəhərlərdə  Azərbaycan səfirliyi qarşısında Azərbaycana dəstək aksiyası keçirilir - 4 nəfər həbs edilib Video
Teref.az yazır ki, GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə Azərbaycan səfirliyi qarşısında Azərbaycana dəstək aksiyası keçirilir. “Qarabağ bizimdir- bizim olacaq” və s. şüarlar səsləndirilib.
İrqçi fars rejim işğalçı Ermənistanı himayə etdiyi üçün var gücü ilə Təbriz və Azərbaycanın digər şəhərlərində Azərbaycanı erməni təcavüzü qarşısında himayə mitinqinin keçirilməsinə mane olmağa çalışsa da, Təbrizdə mitinq keçirilir. Təbrizdə Azərbaycan konsulluğunun qarşısında azərbaycanlı fəalların yaxalandığı söylənilir. Hələlik Əsədullah Sasani və Rəhim Sasani adlı yaxalanan azərbaycanlı fəalların adı məlum olub.
Mitinqin genişlənəcəyi və rejimin ciddi mane olmasına baxmayaraq şəhərin digər məhəllələrindı davam edəcəyi gözlənilir.
Qeyd edək ki, irqçi fars rejim Təbriz, Urmiya, Ərdəbil, Zəncan və başqa Azərbaycan şəhərlərini hərbi paliqona çevrilib. Təbrizdə su şırnaqları, rejimin çevik polis alayı və mülki geyimli məmurları Azərbaycan konsulluğunun qarşısı və şəhərin digər nöqtələrinə yerləşdirilib.
Urmiya, Ərdəbil, Zəncan və hətta Tehranda da mitinqin keçiriləcəyi yerlər polis tərəfindən nəzarətə alınıb.
Teref.az

Salar Tahir Afşar Urmuda tutulub


Sədullah və Rəhim Sasani Qardaşları Təbriz














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.