Ermənistanın hərbi təxribatlarının pərdəarxası: Minsk Qrupu üzvlərinin çirkin Türkiyə planı – "Türkiyə" qəzetindən sensasion yazı

17-07-2020, 12:37           
Ermənistanın hərbi təxribatlarının pərdəarxası: Minsk Qrupu üzvlərinin çirkin Türkiyə planı –
Suriya, Liviya və Şərqi Aralıq dənizində Türkiyənin son dönəmdəki uğurlu həmlələrindən sonra ATƏT-in Minsk qrupu "erməni" və "Suriya" kartı oynamağa başladı.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistanın Azərbaycan sərhədində törətdiyi hərbi təxribatlara diqqət çəkən "Türkiyə" qəzeti yazıb.

Yazıda qeyd olunur ki, Azərbaycan-Ermənistan sərhəd xəttində gərginlik getdikcə artır, iki ölkə arasında başlayan münaqişələrin əks-sədaları davam edir. Hücumun vaxtına işarə edən ekspertlər Ermənistanın belə bir hücumu tək başına planlaşdırmadığını, Rusiya, Fransa və ABŞ-ın Ermənistanı dəstəkləyən Minsk Qrupu həmsədrlərindən biri ola biləcəyinə işarə edilib. Ayrıca hedefin sadece Azerbaycan olmadığı; Suriye, Libya ve Doğu Akdeniz’de Türkiye’nin son dönemdeki başarılı hamleleri qarşısında ümid etdiyini tapa bilməyən məlum güclərin Qafqazda yeni bir münaqişə cəbhəsi açaraq, çirkin əməllər törətdiyinə işarə edilir. Bu çərçivədə Ermənistan üzərindən bölgəni yeni bir böhran bölgəsinə çevirmə planları quranların, həm Türkiyənin diqqətini Cənubi Qafqaza çəkməyə çalışdığı, həm də Azərbaycanı alovlu münaqişəyə soxaraq, Dağlıq Qarabağ münaqişəsində haqlı ikən haqsız duruma düşürməyə çalışdıqları ifadə edilir.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra bu problemi həll etmək üçün 1992-ci ildə ATƏT tərəfindən Minsk Qrupu qurulmuşdu. Bu mexanizmin həmsədrlik vəzifəsini də erməni diasporunun olduğu dövlətlər həyata keçirir. Bu çərçivədə məsələnin həlinə töhfə verilməsi gözlənilən sözügedən üç həmsdər ölkənin (ABŞ, Rusiya, Fransa) birtərəfli qaydada Ermənistan tutumu ilə münqaşəin tərəfi halına gəldiyi bildirilir.

Ermənistanın hücumlarının arxa planında nə olduğunu və hücumun nə üçün indi edildiyi barədə "Türkiyə" qəzetinə açıqlama verən Azərbaycan beynəlxalq əlaqələr mütəxəssisi, professor Toğrul İsmayıl hücumun əvvəlcədən planlaşdırıldığını düşündüyü deyib: "Ermənistan təkbaşına bu qərarı verəcək durumda deyil. Xüsusilə, onu dəstəkləyən Rusiya kimi ölkələr ilə hərəkət edir".

Hücumun Türkiyə ilə də həqiqətən əlaqəli olduğunu düşündüyünü ifadə edən T.İsmayıl bildirib ki, bölgədəki son hadisələr Türkiyənin artan gücü, Türkiyə və Azərbaycan arasında münasibətlərin getdikcə daha da inkişaf etməsi Ermənistan və onu dəstəkləyən dövlətləri narahat edir: Türkiyə də bunun fərqindədir və bu səbəbdən çox sərt açıqlamalar verdi və Azərbaycanın arxasında olduğunu vurğuladı".

Digər tərəfdən, Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatlar davam edərkən Suriyanın şimalında “Fərat qalxanı” əməliyatı ilə azad edilən Əl-Baba Rusiya hərbi təyyarə hücum etdi. Hava hücumunun zamanlaması çox diqqətçəkən məsələdir. Lakin Liviyada istədiyini əldə edə bilməyən Moskvanın Türkiyə dəstəkli Trablus qüvvələrinin Sirtəyə yönəlmiş planlaşdırılan əməliyyatının başlamasına sayılı günlər qalarkən “Suriya” və “Ermənistan kartını” meydana soxa biləcəyi dəyərləndirilir.

Azərbaycan Müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələri komandanı Ramiz Tahirov və onu müşayiət edən nümayəndə heyəti ötən gün Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb. Ankaradakı görüşdə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hasan Küçükakyüz ilə Hərbi Dəniz Donanması komandanı Adnan Özbal da iştirak edib.

Baş verənlərlə əlaqədar nə edəcəklərini qeyd edən Akar, "Azərbaycanın Tovuz bölgəsinə hücumu qəti şəkildə pisləyirik. Azərbaycan türkünün ağrısı bizim ağrımızdır. Hamınızın bilməyinizi istərdim ki, yaşadığınız hər hansı bir çətinlik çox dərin hiss olunur" deyib.

Sərhədlərinin və xalqının təhlükəsizliyi uğrunda döyüşərkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman üzvlərinə Allahdan rəhmət diləyən Akar yaralılara təcili şəfa arzulayıb.

"Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Demək istərdim ki, onların qanının yerdə qalmayacağına əminik. Hər platformada Dağlıq Qarabağın işğalını heç bir qanuni əsas və legitimlik olmadan qəbul edə bilməyəcəyimizi söylədik. Bu məsələdə azərbaycanlı qardaşlarımızın, cəsur insanların apardığı mübarizədə onlarla bərabər olduğumuzu, xüsusilə Prezidentimiz başda olmaqla, hərbi və mülki vətəndaşlarımızın bu hissi payladşığını diqqətinizə çatdırıram."Bir millət iki dövlət" olduğumuza bütün qəlbimizlə inanırıq" - Akar deyib.

"Dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir və birlikdəyik. Biz kədər və qürur içində birik və birlikdəyik. Dövlət başçısının ilk andan dediyi kimi, bu, həqiqətən ermənilərin həddini aşmaq cəhdidir. Biz də dedik ki, qurduqları oyunun altında qalacaqlar, qalıb boğulacaqlar və etdikləri işin əvəzini mütləq ödəyəcəklər.

Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq və birliyin çox əhəmiyyətli olduğunu vurğulayan Akar, "Azərbaycanlı qardaşlarımızla bir araya gələrək bundan sonra da olmağa davam edəcəyik. Hər cür hücumlara qarşı azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Bu acını azərbaycanlı qardaşımızla birlikdə ürəyimizdə hiss edirik. Biz Türkiyə Respublikası hökuməti olaraq, bundan sonra TSQ olaraq etməyimiz gərəkən nə varsa, etməyə davam etdəcəyik. Heç kim buna şübhə etməməlidir" - Hulusi Akar deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.