Turan Partiyası Rusiya ərazisində yaşayan Türk xalqalrına müraciət etdi - MƏTN

17-07-2020, 16:02           
Turan Partiyası Rusiya ərazisində yaşayan Türk xalqalrına müraciət etdi - MƏTN
Rusiya adlanan İmperiyada yaşayan Türk millətinə, Müsəlman xalqlarına Turan Partiyasının
MÜRACİƏTİ

Əziz soydaşlar biz bilirik ki, bu gün ki Rusiyanın böyük bir ərazisi tarixi milli Türk yurdlarıdır. Rusiya adlanan imperiyanın əhalisinin əksəriyəti çox dinli Türk soylu olduğu çağdaş dünyamızda hər kəsə bəllidir. Əziz soydaşlar sizin verginizlə yaşayan, sizin yeraltı qaynaqlarınızı sömürən mərkəzi Şovenist Rusiya imperiyası qanı qanınızdan olan Azərbaycan Türklərinin Dövləti olan Azərbaycan Respublikasının ərazilərinin işğal olunmasında ermənilərlə birlik olmaqda davam edir. Sizin əməyinizin qarşılığında ermənilərə silahlar verilir, muzdlu əsgərlər kullanılır, erməni teror birlikləri eyitilir-yedizdirilir. Bu gün Türk düşməni ermənilər siz Türklərin maddi gücündən Azərbaycan Türklərinin qanının tökülməsində Moskvayla birlikdirlər. Rusiya adlanan tarixi Türk yurdlarında yaşayan sevgili Türk millətinin övladları, müsəlman qardaşlarımız Saklar, Tuvalılar, Hakaslar, Altaylılar,Şotlar, Buryatlar, Mardivinlər, Udmurtlar, Kalmıklar, Noqaylar, Karaçaylar, Balkarlar, Kumuklar, ləzgilər, Avarlar, Darqinlər, Çeçenlər, İnquşlar, Osetinlər, Çərkəzlər, Kazaklar, Çuvaşlar, Başkurtlar, Tatarlar bu gün söz sizindir, moskvaya dur demənizin zamanı gəlmişdir. Biz inanırıq ki, sizin təpkilləriniz, Moskvanı teror ermənilərinin yanında olmasından çəkindirəcəkdir. Bu olmayacaqsa, artıq Moskva özünün sonunun gəldiyini bilməlidir. Sizlər bir yumuruğunuzla
Moskvanı diz çökdürəcəksiniz.

Tanrı Türkü qorusun!

Cahandar Bayoğlu
Turan Partiyası Başqanı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.