PKK-ya tarixi zərbə: Strateji nöqtələr ələ keçirildi

19-07-2020, 10:35           
PKK-ya tarixi zərbə: Strateji nöqtələr ələ keçirildi
"Pəncə-Qaplan" hərəkatı çərçivəsində PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirən Türkiyə Silahlı Qüvvələri İraqın şimalında strateji nöqtələrdə nəzarəti təmin edə bilib.

Teleqraf.com xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bordo bərəlilər, komondoslar və piyada birləşmələrin 45 kilometr dərinliyə irəlilədiyi bildirilir.

Əməliyyat çərçivəsində sərhədi keçən xüsusi təyinatlılar PKK-nın illərdir rahat hərəkət etdiyi və xain hücum təşkil etdiyi təpələri ələ keçirib.

28 strateji nöqtədə nəzarəti təmin edən Türkiyə Silahlı Qüvvələrinin bölgədə daimi hərbi baza inşa edəcəyi və qış aylarında PKK-nın qayıtmasının qarşısını ala biləcəyi deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.