Türkiyənin Suriya kürdlərinə düşmənçiliyi İŞİD-lə mübarizəyə mane olur - Wall Street Journal

8-02-2016, 13:34           
Türkiyənin Suriya kürdlərinə düşmənçiliyi İŞİD-lə mübarizəyə mane olur - Wall Street Journal
Türkiyənin Suriya kürdlərinə qarşı artan düşmənçiliyi Suriya böhranının siyasi yolla həllinə və İŞİD-lə mübarizə kampaniyasında uğurlara qarşı əsas maneədir. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Wall Street Journal amerikalı məmurlara istinadla məlumat yayıb.

Türkiyə daim Amerika hökumətini inandırmağa çalışır ki, Suriya kürdləri ABŞ-dan aldıqları silahı PKK döyüşçülərinə göndərir. Amerikalı məmurlar isə öz növbəsində bildirirlər ki, deyilənlərlə bağlı araşdırılma aparılıb və Suriya kürdləri tərəfindən göndərilən silahların Türkiyəyə qarşı istifadəsi barədə heç bir sübut əldə ediilməyib.

Bu mübahisəli məsələ ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfəri zamanı da müzakirə olunmuşdu.

"(ABŞ tərəfindən) təchizat axını dayanmayacağı təqdirdə onlar (Türkiyə ordusu-red.) Suriya kürdlərini bombalamağa hazırdırlar", - deyə Wall Street Journal bəzi türk məmurlarının bəyanatları əsasında bildirir.

Türkiyə və ABŞ arasında ziddiyyətlər Amerikalı təlimçilərin elit qrupu suriyalı kürdlərə təlim keçmək üçün göndərildikdən sonra başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.