Xəstə həkimi silahla təhdid etdi: “Beynimdə çip var, Amerika məni dinləyir, çıxar” - VİDEO

10-08-2022, 12:14           
Xəstə həkimi silahla təhdid etdi:
Türkiyənin Elazığ vilayətində xəstə həkimi silahla təhdid edib.

Hadisə özəl xəstəxanaların birində baş verib. Beynindən şikayətlərinin olduğunu deyən xəstə həkimdən MRT olunmasını tələb edib. Əvvəllər də eyni şikayətdən MRT çəkildiyini bildirən həkim xəstəyə sağlam olduğunu deyib. Bu zaman xəstə silah çıxarıb. “Beynimdə çip var, Amerika məni dinləyir. Onu tap və çıxar”, - deyə hədələyib.

“Məni hədələdi ki, güllələri beyninə boşaldacağam. Silahı çıxaranda onun üstünə cumdum. 15 dəqiqə mübarizə apardıq. Silah hər an partlaya bilərdi. Birimiz ölə bilərdik”, - deyə həkim keçirdiyi qorxulu anlardan danışıb.

Xəstə polis qrupları tərəfindən nəzarətə alınıb. Daha sonra gətirildiyi məhkəmə tərəfindən həbs edilib.


Mənbə: Hürriyet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru