Bundestaqın türk deputatından Ərdoğana cavab:"Hansısa hökmran liderin kefinə görə qərarlar verməyə məcbur deyilik»

7-06-2016, 00:11           

Almaniya Bundestaqının türk əsilli deputatı, "erməni soyqırımı" qətnaməsinə səs verən Cem Özdemir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onunla bağlı fikirlərinə sərt reaksiya verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, C.Özdemir Ərdoğanın sözlərini "hədə" adlandırıb və onların çağdaş dövrlə səsləşmədiyini bildirib: «Bu təhdidlər məni yönləndirə bilməz. Almaniya parlamenti hansısa hökmran liderin kefinə görə qərarlar verməyə məcbur deyil».

Qeyd edək ki, dünənki açıqlamasında Ərdoğan C.Özdəmir haqqında bunları demişdi: «Guya, türkdür. Nə türkü? Bunların qanını laboratoriyada yoxlamaq lazımdır».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru