Türkiyənin yerli ballistik raketi “Tayfun”un ikinci sınağı da uğurlu olub - VİDEO

23-05-2023, 16:58           
Türkiyənin yerli ballistik raketi “Tayfun”un ikinci sınağı da uğurlu olub - VİDEO
Türkiyənin yerli ballistik raketi olan “Tayfun”un ikinci sınaq atışı Rizə-Artvin hava limanından uğurla həyata keçirilib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir öz “Twitter” hesabında paylaşım edib.

“Tayfun raketimizin yeni sınaq atışını uğurlu şəkildə həyata keçirdik. Başda “Roketsan” olmaqla bu işdə əməyi olan hər kəsi təbrik edirəm”, - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, “Roketsan” şirkəti tərəfindən hazırlanan “Tayfun”un ilk sınaq atışı 18 oktyabr 2022-ci ildə baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru