Türkiyənin Portuqaliyadakı səfiri dənizdə çimərkən vəfat edib

1-07-2023, 10:38           
Türkiyənin Portuqaliyadakı səfiri dənizdə çimərkən vəfat edib
Türkiyənin Portuqaliyadakı səfiri Murat Karagöz dənizdə çimərkən vəfat edib.

Səfir Muğlanın Fethiye mahalının Faralya körfəzində dənizdə çimərkən infarkt keçirib.

Dəniz səthində hərəkətsiz qalan səfiri görən dostları Təcili Tibbi Yardım qruplarına məlumat verərək səfiri sahilə çıxarıblar. Tibb qrupları tərəfindən ürək masajı edilən səfir Karagöz təcili yardımla Fəthiyədə xüsusi xəstəxanaya aparılıb.

Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, səfir həyatını itirib.

Keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Murat Karagözün vəfatı ilə əlaqədar tviter hesabında səfirin ailəsinə və yaxınlarına başsağlığı verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru