Tanınmış jurnalist həbs oluna bilər - Ərdoğanı təhqir etdiyi üçün

19-07-2023, 10:14           
Tanınmış jurnalist həbs oluna bilər - Ərdoğanı təhqir etdiyi üçün
Türkiyəli jurnalist Merdan Yanardağ həbs edilə bilər.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Jurnalist Merdan Yanardağın qəzetdəki yazısında prezidenti təhqir etdiyi iddiası ilə cinayət işi açılıb.

Jurnalist Merdan Yanardağın qəzetdəki yazısında prezidenti təhqir etdiyi iddiası ilə cinayət işi açılıb. Yanardağın 8 il 2 aya qədər həbsi tələb edilib.

Məhkəmə iclasında təqsirləndirilən Yanardağın vəkili Bilgütay Hakkı Durna və şikayətçi prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Erem Gençer iştirak edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin yazılarının müəllif olduğunu bildirib və onun prezidenti təhqir etdiyinə görə cəzalandırılmasını istəyib.
Məhkəmə iclası təxirə salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru