Ankara Rusiyaya qarşı hərbi gəmilərini göndərəcək?

19-07-2023, 15:35           
Ankara Rusiyaya qarşı hərbi gəmilərini göndərəcək?
Taxıl müqaviləsi başa çatdıqdan sonra Ukrayna limanlarını tərk edən gəmilərin hərbi müşayiəti məsələsində Kiyevin Ankaranın dəstəyinə ehtiyacı var. Lakin Türkiyənin belə addımlar atacağı ehtimalı azdır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə hakimiyyəti bu cür hərəkətləri çox riskli hesab edir və hərbi gəmilərini təhlükəyə atmayacaq:

“Ankara bunun əvəzində səylərini Rusiyanın iştirak etdiyi taxıl sazişinin uzadılmasına yönəldəcək”.

Qeyd olunur ki, Ukrayna kənd təsərrüfatı məhsullarının quru və ya çay nəqliyyatı ilə çatdırılması mümkündür, lakin onların dəyəri Qara dəniz boyu daşınmadan xeyli yüksəkdir.

Xatırladaq ki, 17 iyulda başa çatan taxıl müqaviləsinin müddətinin uzadılmasından Rusiya imtina edib. Ukrayna taxıl sazişini Rusiyasız davam etdirmək üçün Türkiyə və BMT-yə müraciət edib.

Kreml isə sazişin Rusiyasız davam etdiriləcəyi təqdirdə taxıl daşıyan gəmilərin risk altında olacağını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.