Arvadı ilə boşanma mərhələsində olan kişinin meyiti tapıldı - Sevgilisi ilə güllələnmiş halda (FOTO)

20-07-2023, 09:44           
Arvadı ilə boşanma mərhələsində olan kişinin meyiti tapıldı - Sevgilisi ilə güllələnmiş halda (FOTO)
Bakırköydə birlikdə yaşayan Cavide S.A və Mustafa K.-dan xəbər ala bilməyən dostları çilingərin köməkliyi ilə girdikləri evdə dəhşətli mənzərə ilə qarşılaşıblar.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, iki sevgili evin yataq otağında başından vurulmuş halda ölü tapılıb.

İddiaya görə, həyat yoldaşı ilə boşanma mərhələsində olan Mustafa K. 3 ilə yaxındır ki, Cavide S.A. ilə yaşayırmış. Səhər saatlarında iki güllə səsi eşidən qonşular səsin kənardan gəldiyini zənn edərək heç bir xəbər verməyiblər. Cütlüyün işə gəlməməsindən şübhələnən dostları cütlüyün yaşadığı evə gediblər. Qapını dəfələrlə döyməsinə baxmayaraq, heç kim açmadığı üçün çilingərin köməyi ilə içəri daxil olub.

Dostları içəri girəndə Cavide S.A və Mustafa K-nın cansız bədənləri ilə qarşılaşıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Sağlamlıq qrupları cütlüyün hadisə yerində öldüyünü təyin edib. Evin qapı və pəncərələrində zorla girmə izi olmadığı üçün Polis qrupları Mustafa K.-nın Cavide S.A.-nı tapança ilə öldürdükdən sonra intihar etməsi ehtimalını nəzərdən keçirir. Cütlüyün cənazəsi ölümünün dəqiq səbəbini müəyyən etmək üçün Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.