Bulvardakı yanacaqdoldurma məntəqəsində DƏHŞƏT: Keçmiş sevgilisinin... - VİDEO

20-07-2023, 10:14           
Bulvardakı yanacaqdoldurma məntəqəsində DƏHŞƏT: Keçmiş sevgilisinin... - VİDEO
Adanada dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, narkotik aludəçisi olduğu iddia edilən 39 yaşlı Bilal Sayqılı sonuncu dəfə danışmaq adı ilə keçmiş sevgilisi 26 yaşlı Sibel K.-ya dəhşət yaşadıb.

Bildiirlir ki, Sibel K. bir müddət əvvəl narkotik aludəçisi olduğu iddia edilən sevgilisi Bilal Sayqılıdan ayrılıb. Günorta saatlarında Sibel K.-ni küçədə görən Sayqılı sonuncu dəfə danışmaq istəyib. Əvvəlcə tərəddüd edən Sibel K. Sayqılının idarə etdiyi pikap tipli yük maşınına minib. Sayqılı, yanacaq almaq bəhanəsi ilə avtomobili ilə Girnə bulvarında yerləşən yanacaqdoldurma məntəqəsinə gedib.

Avtomobilini orada park edib, daha sonra özü ilə gətirdiyi bıçağı çıxararaq Sibel K.-nin boğazına dayayaraq və təhdid etməyə başlayıb. “Məndən ayrılsan, səni öldürərəm” deyərək onu girov götürüb.

Olayı görən yanacaq doldurma məntəqəsini əməkdaşları polisə xəbər veriblər. Yanacaqdoldurma məntəqəsinə gələn polislər Sayqılını razı salmağa çalışıb. Boğazında bıçaq olan Sibel K. ağlayaraq ətrafdakılardan kömək istəyib. Sayqılının bir anlıq diqqətinin dağılmasından istifadə edən polis onu zərərsizləşdirib.

Polis Sayqılını saxlayaraq polis bölməsinə aparıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.