Türkiyə İstanbulu mümkün dağıdıcı zəlzələyə hazırlamaq niyyətindədir

20-07-2023, 12:18           
Türkiyə İstanbulu mümkün dağıdıcı zəlzələyə hazırlamaq niyyətindədir
Türkiyə hakimiyyəti İstanbulu seysmoloqların xəbərdarlıq etdiyi mümkün dağıdıcı zəlzələ üçün hazırlamağa başlamaq niyyətindədir. Bu barədə mətbuat konfransında Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

“Biz İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və İstanbul rayonlarının rəhbərləri ilə İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı görüşdük, prinsipial razılığa gəldik. İşlərə artıq gələn həftədən başlamaq niyyətindəyik”, - deyə nazir bildirib.

Qeyd edək ki, iyulun 12-də türkiyəli seysmoloq Naci Görür 17 milyon əhalisi olan İstanbulun yerləşdiyi Mərmərə dənizi bölgəsində 7,2-7,6 bal gücündə yeraltı təkanlar proqnozlaşdırıb.
Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.