Qırğızıstandan ABŞ-ın iddialarına cavab: Rusiyaya qarşı...

20-07-2023, 14:17           
Qırğızıstandan ABŞ-ın iddialarına cavab:
Qırğızıstanda ABŞ və digər ölkələrin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaları pozmurlar.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi bəyanat yayıb.

Dövlət Komitəsinin dərc olunmuş bəyanatı ABŞ mətbuatında Rusiyaya sanksiya tətbiq edilən malların tədarükünün dayandırılmasına yönəlmiş Qırğızıstana qarşı mümkün iqtisadi tədbirlər barədə məlumatlarla bağlıdır.

Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi özəl şirkətlərin və firmaların tədarük olunan məhsulların son istehlakçıları və istifadəçiləri haqqında məlumatı olmadan məhdudiyyətlərin pozulmasında iştirakının mümkünlüyünü etiraf etsə də, dövlət qurumlarının bu məsələdə məsuliyyətli olduğunu, qayda-qanunlara riayət etdiyini bildirir.

Qırğızıstanın xüsusi xidmət orqanları özəl şirkət və firmalarda ola biləcək bu cür nöqsanların müəyyən edilməsi və dayandırılması üçün araşdırmalara başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.