AB-dən Türkiyə ilə bağlı mühüm çağırış

20-07-2023, 17:38           
AB-dən Türkiyə ilə bağlı mühüm çağırış
AB Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və Ukraynadakı münaqişənin geosiyasi nəticələrindən sonra Türkiyə ilə konstruktiv əməkdaşlıq etməyə çağırır.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Faynənşl Tayms” qəzeti AB-nin diplomatik sənədinə istinadən məlumat yayıb.

“AB Türkiyə ilə münasibətlərdə təsirini gücləndirməyə və artırmağa diqqət yetirə bilər. Dəyişən geosiyasi kontekst fonunda AB-Türkiyə münasibətlərində yaxın və orta müddətli perspektivdə irəliləyişin müzakirə edilməsi vacibdir”, - məlumatda deyilir.

Qeyd olunur ki, viza rejiminin liberallaşdırılması və Türkiyənin blokun Gömrük İttifaqında iştirakı ilə bağlı irəliləyişlər də mümkündür:

“Lakin bunun üçün Ankara məlumat mübadiləsi və antiterror qanunvericiliyi, eləcə də Brüsselin proteksionist hesab etdiyi ticarət məsələləri ilə bağlı tədbirlər görməlidr”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.