15 milyon azərbaycanlını gözləyən TƏHLÜKƏ: - "Yayın sonuna qədər..."

21-07-2023, 19:53           
15 milyon azərbaycanlını gözləyən TƏHLÜKƏ: -
“Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq”.

TEREF.AZ Cebhe.info-ya istinadən xəbər verir ki, bunu tədqiqatçı alim Maşallah Rəzmi bildirib.

Uzun müddət Güney Azərbaycanda ekoloji məsələlər üzrə tədqiqatlar aparan Maşallah Rəzmi proqnozlara əsasən qeyd edib ki, Urmiyə gölünün yayın sonuna qədər tamamilə quruması gözlənilir.

Urmiya gölündə təbii halda 33 milyard kubmetr suyun olduğunu və dünyada ikinci duzlu su gölü hesab edildiyini xatırladan M.Rəzmi vurğulayıb ki, hazırda su bir milyard kubmetrə qədər azalıb.

Hüquq müdafiəçisi Urmiya gölünün tamamilə quruması ilə göl ətrafında yaşayan 15 milyon insanın həyatının ciddi təhlükə altına düşəcəyini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.