Bu tarixi fürsəti dəyərləndirməliyik - Ərdoğan

8-08-2023, 09:14           
Bu tarixi fürsəti dəyərləndirməliyik - Ərdoğan
Bir əsrdən sonra Türkiyənin dünya sisteminin ən yüksək liqasına yüksəlmək imkanı var.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3,5 saat davam edən Nazirlər Kabinetinin iclası başa çatdıqdan sonra hökumət və ictimaiyyət nümayəndələri qarşısında çıxış edərək bildirib.

O qeyd edib ki, hökumətin səyləri ölkə üçün yeni imkanlar yaradır:

"Biz ölkəmiz üçün yaranmış tarixi fürsət pəncərəsini dəyərləndirmək əzmindəyik".

Prezident söyləyib ki, iyulda Türkiyənin ixracatı 20 milyard dolları ötüb:

"Turizm sahəsində də rekord göstəricilər qeydə alınıb. Bu il ölkəyə 20 milyondan çox turist gəlib. Mənfi xarici amillərə baxmayaraq, Türkiyədə inflyasiya birrəqəmliyə enəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru