Türkiyədə dollar yenə bahalaşdı

9-08-2023, 14:34           
Türkiyədə dollar yenə bahalaşdı
Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

Teref.az "APA-Economics"ə istinadla xəbər verir ki, avqustun 9-da birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib, 27,42 səviyyəsinə qədər yüksəlib.

Avro/Türkiyə Lirəsi məzənnəsi isə 30,06 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son bir ayda isə lirə 3,7% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 26.98 TL, satış üzrə 27.03 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının avqustun 9-da açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0627 manata ticarət edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru