Rusiya KKTC-də konsulluq açır

9-08-2023, 17:40           
Rusiya KKTC-də konsulluq açır
Rusiya Şimali Kipr Türk Respublikasında konsulluq açacaq.

Bu barədə Bakupost.az TASS informasiya agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Rusiyanın Cənubi Kiprdəki səfirliyi yaxın vaxtlarda Şimali Kipr Türk Respublikasında konsulluq xidmətləri göstərməyə başlayacaq. TASS-ın müxbiri bu məlumatı səfirlikdəki nümayəndəyə əsaslandırıb.

TASS-a məlumat verən səfirlik nümayəndəsi xatırladıb ki, ABŞ, İngiltərə, Almaniya, Fransa və İtaliya kimi ölkələrin KKTC-də illərdir konsulluq məsələlərini həll edən diplomatik nümayəndəlikləri var.

Əlavə edilib ki, hazırda Şimali Kipr Türk Respublikasında 50 mindən çox rusiyalının yaşadığı təxmin edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru