Zəlzələdən sonra 3-cü mərtəbəsi yoxa çıxan binanın dəhşətli görüntüsü: Hər an... - FOTO

9-08-2023, 20:23           
Zəlzələdən sonra 3-cü mərtəbəsi yoxa çıxan binanın dəhşətli görüntüsü: Hər an... - FOTO
Fevralın 6-da Kahramanmaraşda 7,7 bal gücündə baş verən iki zəlzələnin ardınca üst mərtəbəsi yer dəyişən bina panika yaradıb.

Publika.az xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlər zamanı Varlık Məhəlləsindəki 4 mərtəbəli binada maraqlı dağıntı baş verib. Belə ki, binanın birinci, ikinci və dördüncü mərtəbələri dağılmadığı halda, üçüncü mərtəbəsi uçaraq yoxa çıxıb.

Söküntü zamanı dördüncü mərtəbənin oxu da sürüşüb. Abuzer Fırata aid olduğu öyrənilən binanın 4-cü mərtəbəsi təxminən 30 dərəcə bucaqla dönüb.

Adıyamanda təcili sökülməli olan binalar artıq sökülüb. Ağır zədələnmiş binaların söküntüsü davam edir. Məhəllə sakinləri bu təhlükəli binanın tez bir zamanda sökülməsini istəyirlər.

Binanın uçması ehtimalı ilə binaya bitişik qonşular evlərindən təxliyə ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru