Hakan Fidan iranlı həmkarı ilə müzakirələr apardı

5-01-2024, 08:48           
Hakan Fidan iranlı həmkarı ilə müzakirələr apardı
Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aprıb.

Bu barədə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı H.Fidan İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərlə bağlı həmkarına başsağlığı verib.

Nazirlər İran Prezidenti İbrahim Rəisinin terror aktı ilə əlaqədar Türkiyəyə təxirə salınan səfərinin yaxın gələcəkdə baş tutmasını müzakirə edib.

"Cebhe.info"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru