Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın İraqdakı hədəflərini məhv edib - VİDEO

7-01-2024, 08:58           
Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın İraqdakı hədəflərini məhv edib - VİDEO
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) keçirdiyi hava əməliyyatı nəticəsində İraqın şimalında yerləşən Kürdüstan Fəhlə Partiyasının (PKK) 15 hədəfini məhv edib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava əməliyyatı yanvarın altısında yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:90-da) İraqın şimalında Metina, Qara, Hakurk, Kandil və Asos bölgələrində həyata keçirilib. Nəticədə 15 hədəf (sığınacaq, terror təşkilatının istifadə etdiyi sığınacaq anbarları) və onların içərisində xeyli sayda yaraqlı məhv edilib”, - deyə məlumatda bildirilib.
Mənbə: Anadolu Ajansı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru