Türkiyədə daha 13 prokuror həbs edildi 30-08-2016, 22:10 Türkiyədə FETÖ şəbəkəsinin qiyam cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində saxlanılan hakim və prokurorlardan daha 13-ü həbs edilib. Axar.az xəbər verir ki, xüsusi nəzarətdə olan 15 dövlət işçisi polisdə ifadələri alındıqdan sonra Cümhuriyyət Baş Prokurorluğuna göndərilib. Məlumata görə, oradan da Sülh Cəza Məhkəməsinə aparılan şübhəlilərdən 13-ü haqqında həbs qərarı verilib. Qeyd edək ki, sözügedən şəxlər FETÖ/PYD üzvü olmaq və konstitusion quruluşu zorla dəyişdirmək maddələri ilə təqsirli biliniblər. Facebook-da paylaş