Qiyam gecəsi iki generalın telefon danışığı - FETÖ

31-08-2016, 14:19           
Qiyam gecəsi iki generalın telefon danışığı - FETÖ
FETÖ istintaqı çərçivəsində həbs edilən general-leytenant Yıldırım Güvənc Cerablus əməliyyatına başçılıq edən Xüsusi Qüvvələr komandiri Zəkai Ağsaqqallı ilə 15 iyul dövlət çevrilişinə cəhd zamanı aralarında baş tutan telefon danışığı barədə məlumat verib.

Axar.az xəbər verir ki, qiyamçı general Ağsaqqallıya toydan çıxarkən hücum olduğunu bildirib:

“Zəkai Ağsaqqallıya zəng etdim. O da mənə Ankaradakı bir toydan çıxıb evinə gedərkən hücum olduğunu, həyat yoldaşının yaralandığını dedi. Ayrıca qiyamçı general Semih Tərzinin adamları ilə bərabər, Xüsusi Qüvvələr Komandanlığına getdiyi, özünü komandan elan etdiyini dedi.

Hadisələr vaxtı Xüsusi Qüvvələr Komandanlığında olan şəhid Ömər adlı əsgər Ağsaqqallı ilə telefonda danışaraq əmr alıb. General da ona üsyançıların qarşısını almaq üçün tapşırıqlar verib. O uşaq bacardığını etdi, amma şəhid oldu.

Sonrakı danışıqlarımızda Zəkai çevriliş cəhdinin uğursuz olduğunu, bu səbəbdən sui-qəsd ehtimalının gücləndiyini dedi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.