Alman qəzeti Ərdoğanı diktator adlandırdı- HƏBSXANALAR DOLUB

6-11-2016, 00:37           

Almaniyanın önəmli qəzetlərindən biri olan “Bild” Türkiyədə kürd əsilli millət vəkillərinin həbsindən sonra bu gün Rəcəb Tayyib Ərdoğanı diktator kimi qələmə verib. Qəzetin internet saytında da bu xəbərə geniş yer verilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin başlıqdan sonra qəzet “Bu işin sonu haraya gedir? ” sualını qoyub.
Xəbərdə aşağıdakı fikirlər qeyd olunub: “Gecə yarısı müxalif siyasətçilər nəzarətə götürülüb. Və yenə bir partlayış baş verib (Diyarbakır). Türkiyə daxili çəkişmələrə sürüklənir. Prezident getdikcə diktatorlaşır. 15 iyul çevriliş cəhdlərindən sonra 36 min şübhəli nəzarətə götürülüb. Həbsxanalar dolub. İqtidara qarşı çıxanlar nəzarət altına alınır, çevrilişə qarşı çıxanlar belə”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru