Türkiyə polisinin antiterror bölməsi Van bələdiyyəsinin sədri Bəkir Qayanı saxlayıb.
Trend-in verdiyi məlumata görə, hazırda polis bələdiyyənin binasında axtarış aparır.
Bələdiyyənin 4 əməkdaşı da polis idarəsinə aparılıb.
Qeyd edək ki, ötən gün Siirt bələdiyyəsinin sədri Tuncer Bakırxan və Tunceli bələdiyyəsinin həmsədri Nurhəyat Altun saxlanılıb. Saxlanılan şəxslər PKK terror təşkilatına dəstəkdə ittiham olunur.