Türkiyənin 13 vilayətində Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatdan əvvəl aralarında ehtiyatda olan generalların da olduğu 37 hərbçi və 11 mülki vətəndaşın saxlanılması barədə qərar verilib. Əməliyyatın gedişatında aralarında ehtiyatda olan generalların da olduğu 31 hərbçi və 6 mülki vətəndaş saxlanılıb.