Türk əsgərləri NATO-dan sığınacaq istədi

19-11-2016, 00:44           

NATO-nun baş katibi Yens Stoltenberq bəzi türk əsgərlərinin Alynasdan siyasi sığınacaq istədiyini açıqlayıb.

Virtualaz.org-un Türkiyə KİV-nə istinadən məlumatına görə, baş katib hərbçilərin 15 iyul dövlət çevrilişindən sonra müraciət etdiklərini deyib.

Məsələ ilə bağlı detallı məlumat verməyən Stoltenberq sığınacaq statusunun verilməsi üçün araşdırma aparılacağını vurğulayıb.

“Bu problemin həlli NATO-ya üzv ölkələrin ixtiyarına buraxılıb”, - deyə NATO-nun baş katibi Brüsseldə jurnalistlərin suallarına cavab olaraq bildirib.

Stoltenberq onu da bildirib ki, NATO strukturlarında bir neçə türk zabiti dəyişdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru