Ərdoğan: ABŞ-ın siyasəti bizi məyus etdi

19-11-2016, 10:14           

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın tənqid atəşinə tutub.

Ölkə.Az xəbər verir ki, ABŞ-ın məşhur CBS kanalına müsahibə verən Ərdoğan Barak Obamanın və Co Baydenin Suriya probleminə barmaqarası baxdığını vurğulayaraq bunun nəticəsində Türkiyənin və bütün bölgə ölkələrinin böyük problemlərlə üz-üzə qaldığını bildirib.

"ABŞ-ın bölgədə yürütdüyü siyasət bizi məyus etdi. Bunun nəticəsində ölkəmizə 3 milyon qaçqın gəldi və illərdir bu qədər insanı biz ancaq öz imkanımızla saxlayırıq. Bundan başqa Türkiyəni qarışdırmaq istəyən şər qüvvələrin başında duran FETÖ terror qruplaşmasının lideri Fəthullah Gülən hələ də ABŞ-da gizlənir. Bütün problemlər bizdə təəssüf hissi doğurur", deyə Ərdoğan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru