Əhməd Türk həbs edildi

21-11-2016, 16:57           
Əhməd Türk həbs edildi
FETÖ istintaqı çərçivəsində Türkiyənin Mardin vilayətində əməliyyat keçirilib.

Axar.az xəbər verir ki, Mardin şəhər bələdiyyəsinin sədri Əhməd Türk və Artuklu rayon bələdiyyə sədri Emin İrmaq saxlanılıb.

Hər iki vəzifəli şəxsin Gülən camaatının üzvü olduğu təxmin edilir.

Xatırladaq ki, əslən kürd olan Əhməd Türk 11 dekabr 2009-cu ildə bağlanan Demokratik Toplum Partiyasının son sədri olub.

Mardindən 6 dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilən 74 yaşlı siyasətçi kürdlər arasında böyük nüfuza sahibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru