Bələdiyyə sədri saxlanıldı

24-11-2016, 13:50           
Bələdiyyə sədri saxlanıldı
Türkiyənin Bitlis vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində vilayətin bələdiyyə sədri saxlanılıb.
Avropa.info xəbər verir ki, keçirilən əməliyyat nəticəsində vilayətin bələdiyyə sədri Demokratik Bölgələr Partiyasının üzvü Hüseyn Olan və bələdiyyə məclisinin üzvü Nevin Daşdəmir Dağqıran saxlanılıb.
Əldə olunan məlumata görə vilayətin polis idarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
Həbs olunan bələdiyyə sədrinin və digər bələdiyyə rəsmisinin terror və terrorçulara dəstək verməkdə ittiham olunduqları bildirilir.
Bələdiyyə binasında axtarış aparıldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru