"Suriyada əsgərlərimizə hücum edənlərin cavabı veriləcək" - Binəli Yıldırım

24-11-2016, 22:05           
"Suriyada əsgərlərimizə hücum edənlərin cavabı veriləcək" - Binəli Yıldırım
Türkiyə Suriyada “Fərat qalxanı” əməliyyatı çərçivəsində əl-Bab şəhəri ətrafında olan hərbçilərinə hava zərbəsi endirilməsinə cavab verəcək.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

B. Yıldırım deyib ki, bölgədə Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizəsindən məmnun olmayanların olduğu bəllidir: ""Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Babın ətrafının İŞİD terrorçularından təmizlənməsi üçün Türkiyə ordusunun müxalif Azad Suriya Ordusuna dəstəyi davam edir. Təəssüf ki, dünən gecə hava hücumu nəticəsində 3 əsgərimiz şəhid olub, 10 əsgərimiz yaralanıb. Bəllidir ki, İŞİD-lə mübarizəmizdən məmnun olmayanlar var. Əlbəttə, bu hücumların cavab veriləcək”.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əl-Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru