Azərbaycanlı yazar "Kürdlərin kökəni"ni yazdı

28-11-2016, 13:45           
Azərbaycanlı yazar "Kürdlərin kökəni"ni yazdı
"Devlet" dərgisi, Milli Düşüncə Mərkəzi və "Yeni Türkiyə" strateji araşdırma mərkəzinin Yaxın Şərq mütəxəssisi, güneyli soydaşımız Rəhim Cavadbəylinin Türkiyədə “Kürdlərin kökəni” adlı kitabı işıq üzü görüb.

Kitaba təqdimetmə yazan geçmiş dövlət naziri Sadi Somuncuoğlu, kitabın Türkiyə aydınları və siyasiləri arasında İran ve "Kürd məsələsi" üzərindəki baxışlarında böyük dəyişikliklərə səbəb olacağını qeyd edir. Kitaba ön söz yazan məşhur həkim, "Kürd dosyası" əsərinin müəllifi, keçmiş dövlət naziri professor Abdülhaluk Çay kitabla əlaqədar belə deyir:

"Xüsusən tanıtmaya çalışdığımız Rahim Cavadbeylinin bu əsərinin Türkiyədəki "Kürd məsələsi üzərində çalışan aydınlara, siyasilərə, araşdırıcılara yeni bir üfük açacağı düşüncəsindəyik. Bu baxımdan Rahim Cavadbeylini bu əsəri Türk aydınlarına qazandırması səbəilə təbrik edir və bu əsərin Türk aydınları qədər özlərini kürd olaraq dəyərləndirən aydınlara da rəhbər olacağını düşünrəm".

Kitabda kürd tayfalarının Hindistan mənşəli olmaları, həm boy adları, həm geyimləri, həm biotipoloji formaları, həm də həyat tərzi ilə sübut edilir. Bu mövzunun dərindən araşdırılması məqsədilə elmi qrup halında Hindistan xəritəsində göstərilən bölgələrdə geniş elmi araşdırma aparılması maraqlı olardı.

Şərqşünaslar, xüsusilə Britaniya tarixçiləri əsrlər boyu Hindistanda fəaliyyət göstərmələrinə baxmayaraq, bir çox kürd mənşəli tayfaların Hindistan mənşəli olduğunu bilmələrinə və onların son köçündə böyük rol oynamalarına baxmayaraq, bu mövzunu daima gizli saxlamağa çalışıblar. Kürd tayfalar özlərini bölgənin əsl sakinlərindən biri kimi apararaq, yaşadıqları dövlətlərin - İran, Türkiyə, İraq və Suriya ərazisində etnik qarşıdurmalara zəmin hazırlamışlar.

Günümüzdə "kürd məsələsi" adı verilən mövzunun nəzəri mənşəyinin qəsdən yalan və yanlış tarix anlayışından qaynaqlandığı aydın olur. Kürd ziyalıları, bir çox şərqşünaslara inanaraq, əsrlərlə qardaşcasına yaşadıqları millətlərə, nifrət püskürməyə başladılar. Bu nifrətin nəticəsi tökülən və axıdılan qardaş qanıdır.

Burada, kürdlərin (böyük əksəriyyətdə), lorlar (qismən), gilək və Mazəni deyilən birliklərin (müəyyən bir qismi) və fars dillilərin (ortalama yarısı) Hindistandakı əşirətlərlə eyni kökdən olmaları və qəti əksəriyyətlə İslamdan sonra türk dövlətləri tərəfindən bu bölgələrə köçürülmələri sübut edilir.

Müəllifin fikrincə, türk, kürd, fars dilli, ərəb, lor, gilə, qaraçı və başqaları fərd olaraq tam bərabər hüquqlara malikdir. Yaşadığımız bölgədə bərabər və qardaşcasına birlikdə sülh şəraitində yaşamaq hamımızın insani, dini və milli vəzifəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.