"Türkiyədə erməni terrorçusuna abidə qoyulması məsələsi araşdırılır" - deputat

29-11-2016, 11:41           
"Türkiyədə erməni terrorçusuna abidə qoyulması məsələsi araşdırılır" - deputat
"Türkiyə Xarici İşlər Nazirliyi bu məlumatın təxribatyönümlü olduğunu və onun mənbəsinin araşdırıldığını bildirir".

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, bu mövzuda araşdırmanın nəticəsinə əsaslanıb fikir söyləmək olar. Türkiyə isə Azərbaycanla münasibətlərə həmişə həssaslıqla yanaşıb.

Qeyd edək ki, noyabrın 27-də Türkiyənin "Sözçü" qəzetində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamlarda iştirak etmiş Monte Melkonyana abidə ucaldılması ilə bağlı yazı dərc olunub. Yazıda bildirilib ki, Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidə qoyulub. Yazının müəllifi Türkiyənin tanınmış tədqiqatçı jurnalisti və yazıçısı Sayqı Öztürkdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru