“Suriya ərazisinə Əsədin hökmranlığına son qoymaq üçün girmişik” - Türkiyə prezidenti

29-11-2016, 19:40           
“Suriya ərazisinə Əsədin hökmranlığına son qoymaq üçün girmişik” - Türkiyə prezidenti
“Biz başqa məqsədlə deyil, dövlət terroru həyata keçirən zalım Bəşər Əsədin hökmranlığına son qoymaq üçün Suriyaya girmişik”.
“Report” "Cumhüriyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüds Uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransında bildirib.
O deyib ki, indiyə qədər Suriyada bir milyona yaxın insan öldürülüb: "Bu hallar davam edir. Biz səbr etdik, gözlədik, nəhayət, dayana bilmədik. Suriya Azadlıq Ordusu ilə birlikdə ölkəyə girmək məcburiyyətində qaldıq. Türkiyənin Suriya torpaqlarında gözü yoxdur. Həqiqi sahibləri torpağın yiyəsi olmalıdır. Biz prinsipləri qorumaq üçün oradayıq. Yəni ədalətin bərqərar olması üçün Suriyaya girmişik”.
Qeyd edək ki, Türkiyə Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı”) adlı antiterror əməliyyatı keçirir və Suriya Azadlıq Ordusunu dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru