Maliyyə Nazirliyinin 70 əməkdaşı tutuldu - FETÖ əməliyyatı
17-08-2017, 15:15
Türkiyədə Maliyyə Nazirliyinin sabiq 70 əməkdaşı saxlanılıb.
AzVision.az-ın məlumatına görə, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə işbirliyində olmaqda təqsirli bilinirlər.
Ankara Baş Prokurorluğu tərəfindən həyata keçirilən istintaq çərçivəsində 5 vilayətdə “Bylock” istifadəçisi olan 70 şəxs müəyyənləşdirilib. Onların Maliyyə Nazirliyinin sabiq əməkdaşları olduğu bildirilir.