Türklərin 9 əsr əvvəlki VƏRDİŞLƏRİ: DÜNYA BUNU İNDİ EDİR - FOTOLAR

29-08-2018, 00:10           
Türklərin 9 əsr əvvəlki VƏRDİŞLƏRİ: DÜNYA BUNU İNDİ EDİR - FOTOLAR
İdman sağlam bir bədənə sahib olmaq üçün ən önəmli fəaliyyətlərdən biridir. Həyatımızda önəmli yeri olan idmanın faydaları hələ əsrlər əvvəldən öyrənilməyə başlanılıb. Artıq çəkidən xilas olmaqla yanaşı orqanların fəaliyyəti üçün önəmli olan idman 9 əsr əvvəldən türklərin həyatında olub.



Teref.az publika.az-a istinadən Səlcuq türklərinin idman həyatından bəzi məqamları təqdim edir:



Dağıstandakı bəzi qayaüstü təsvirlər Səlcuq türklərinin idman həyatından bəhs edir. Həmin görüntülərdə iki nəfər ov iti ilə birlikdə qaban ovuna çıxıb. Burada əsas diqqət çəkən idman növü yay çəkməkdir. Bu türklərin ən qədim fəaliyyət növüdür. Ox atıb, yay çəkmək, ovçuluq qədim türklərin həyat tərzi olsa da, bu gün idman növü kimi qəbul edilir. Baxmayaraq ki, o zaman bu qidalanmaq, qorunmaq üçün əsas vasitələrdən idi.



Türklərin əsas idman növü olaraq bilinən güləşin də tarixi səlcuqlara qədər gedir. Əsasən, Orta Asiya türkləri arasında geniş yayılmış idman növü kimi qəbul edilsə də, yazılı qaynaqlarda səlcuq türklərinin bu idman növü üzrə müsabiqələr keçirdiyi də məlumdur.



Köçəri həyat tərzi keçirən türklərin həyatında at minmək önəmli məşğuliyyət sahələrindən biri olub. Döyüşdə və sülh şəraitində, bir sözlə, türklər at üstündə bir ömür keçiriblər. Səlcuq mənbələrində at minməyin sağlamlıq üçün faydalarından danışılır. At minmək daxili orqanların daha yaxşı işləməsinə imkan yaradır. Mənbələrin birində at üstündə xəyala gedən bir səlcuq bəyi təsvir edilir. Səlcuq bəyinin bu halının türklərin idman həyatına verdiyi önəmdən xəbər verən bir mənbə olduğu deyilir..



Anadolu türklərinin bilinən əsas özəlliklərindən biri də bardaş qurmaqdır. Bu adətin əsasən kənd həyatından gəldiyi düşünülür. Bəziləri isə yerdə yemək və stulların olmadığı səbəbindən bardaş qurulmaq adətinin yarandığını deyir. Əslində isə bu adət də Səlcuqlardan miras qalıb. Bardaş qurmaq rahatlıq səbəbindən yaranmış bir oturma üsuludur. Bu zaman həm həzm sistemi, həm də ayaqlar daha rahat olur. Bardaş qurmaqla rahat və sağlam həyata dəstək olurlar.

Səlcuqların geyim tərzi də idman həyatına uyğun olub. Belə ki, geydikləri dar şalvar rahat hərəkətlərinə imkan verirsə, üzərindəki xalat onları tərləməkdən və qəfil soyuqlamadan qoruyur. Geyindikləri çəkmələr isə ayaqları qoruyur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.