Türkiyədə hərbiçilərin avtomobili aşdı - 2 ölü, 7 yaralı

29-08-2018, 00:18           
Türkiyədə hərbiçilərin avtomobili aşdı - 2 ölü, 7 yaralı
Yürkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi avtomobil aşıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Dərəcik bölgəsi istiqamətində hərəkətdə olan avtomobil döngədə sürücünün idarəetməsindən çıxıb və dərəyə yuvarlanıb.

Hadisə nəticəsində 2 əsgər dünyasını dəyişib. 5-i ağır olmaqla 7 əsgər isə yaralanıb.

Yaralılar Yüksəkova dövlət xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru