İran Milli Təhlükəsizlik Naziri Mahmud Ələvi, ölkədə casusluq edənlərin saxlanıldığını bildirib. Teref.az xarici mətbuata istinadən xəbər verir ki, mətbuat konfransıda jurnalistlərin suallarını cavablandıran M. Ələvi ölkənin fərqli yerlərində və strateji mərkəzlərində casusların aşkarlandığını vurğulayıb. Onların şəxsiyyətlərinin yaxın günlərdə açıqlayacaqlarını qeyd edən M. Ələvi deyib: “ABŞ və bir necə xarici dövlətə casusluq edənləri aşkara çıxardıq. Onların həbs edib aidiyyatı üzrə ədliyyə orqanlarına təhvil verdik. ABŞ-a casusluq edənlər Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əməkdaşlarıdır”.