Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər - TƏFƏRRÜAT

19-02-2025, 12:16           
Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər - TƏFƏRRÜAT
Məlum olduğu kimi, ölkə daxilində qiymətlərin artmasına təsir edən əsas səbəblərdən biri idxal inflyasiyasıdır.
Yeniavaz.com xəbər verir ki, idxal inflyasiyası xarici ölkələrdən idxal olunan malların və xammalın bahalaşması nəticəsində yerli bazarda qiymətlərin yüksəlməsi prosesidir.
Yəni, bir ölkənin xaricdən aldığı məhsulların qiyməti artdıqda, bu, daxili bazarda da qiymətlərin yüksəlməsinə səbəb olur.
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank bu il Azərbaycanda 5,5% həddində inflyasiya (qiymət artımı) olacağını açıqlayıb.
Lakin qeyd edək ki, bu ilin yanvar ayında idxalda Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə daha yüksək inflyasiya baş verib.
Bu ilin yanvar ayında Azərbaycana idxal edilən 2 milyard 52 milyon dollarlıq məhsulun 46%-i dörd ölkənin payına düşüb.
Yanvar ayında Çindən gətirilən məhsulların ümumi idxaldakı payı 18,4%, Rusiyadan 16,1%, Türkiyədən 8,5%, İrandan gətirilən məhsulların ümumi idxaldakı payı isə 2,7% olub.
Onu da bildirək ki, yanvar ayında adları qeyd olunan ölkələrdən yalnız Çində aşağı inflyasiya qeydə alınıb. Çində inflyasiya səviyyəsi 0,5% təşkil edib. İnflyasiya səviyyəsi digər ölkələrdə – Türkiyədə 42,12%, İranda 31,8%, Rusiyada isə 9,9% olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru