“Belə çörəklərdə kimyalaşma olur...” - Eskpert...

27-02-2019, 09:14           
“Belə çörəklərdə kimyalaşma olur...” - Eskpert...
Xəbər verdiyimiz kimi vətəndaşlarımız vaxtaşırı olaraq marketlərdən aldıqları çörəklərin tez bərkiməsi, yapışqan kimi olması ilə bağlı şikayətlərlə redaksiyamıza müraciət edirlər. Bir neçə müddətdir ki, problemin izinə düşərək, eskpertlərin bununla bağlı fikirlərini öyrənməyə çalışırıq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələyə aydınlıq gətirib:

“Bizim quruma tez-tez çörəklərin yapışqan olması ilə bağlı şikayətlər daxil olur. Bunun da səbəbi odur ki, istehsal prosesində avadanlıqlarda mikrob olduğu üçün çörəklərdə kartof xəstəliyi olur. Lakin çörəklərin saxlanma məsələsində də problemlər var”.

Ekspert buna da aydınlıq gətirib:

“72 saaatdan çox saxlanılan və yumşaq qalan çörəklər də bizim tərəfimizdən tənqid edilib, çünki o çörəklərdə kimyalaşma var. Ümumiyyətlə, çörəyin saxlanma müddəti 72 saatdır. Adətən istehsalçılar çörəyin üstündə saxlanma müddətini qaydalara uyğun olaraq yox, özləri istədikləri kimi yazırlar. Bəzi istehsalçıların çörəyin üstündə saxlanma müddətini 24 saat yazması da bizi təəccübləndirir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.