Ən güclü smartfonların reytinqi açıqlandı - SİYAHI
Bu gün, 00:14

Məşhur benchmark "AnTuTu" ən güclü Android smartfonların reytinqini yeniləyib.
Valyuta.az xəbər verir ki, "Snapdragon 8 Elite" bazasına əsaslanan "Red Magic 10S Pro+" orta hesabla 2,94 milyon xalla yenidən siyahıya başçılıq edir. Bu model artıq üçüncü aydır ki, liderliyini qoruyub saxlayır.
İkinci yerdə "Vivo X200 Ultra" (2.89 milyon) qərarlışıb, üçüncü yeri isə "iQOO Neo 10 Pro+" (2.87 milyon) tutub. Hər iki cihaz güclü "Snapdragon 8 Elite" prosessoru ilə təchiz edilib. Müqayisə üçün, "iPhone 16 Pro Max" oxşar testlərdə təxminən 2 milyon xal toplayır.
Reytinq aşağıdakı kimidir:
1. Nubia Red Magic 10S Pro+ (Snapdragon 8 Elite)
2. Vivo X200 Ultra (Snapdragon 8 Elite)
3. iQOO Neo 10 Pro+ (Snapdragon 8 Elite)
4. Vivo X200s (Dimensity 9400+)
5. Realme GT Pro (Snapdragon 8 Elite)
6. OnePlus 13 (Snapdragon 8 Elite)
7. iQOO 13 (Snapdragon 8 Elite)
8. Oppo Find X8 Ultra (Snapdragon 8 Elite)
9. Redmi K80 Ultra (Dimensity 9400+)
10. OnePlus Ace 5 Pro (Snapdragon 8 Elite)
Önümüzdeki aylarda ən güclü Android smartfonlar siyahısında geniş yerdəyişmələr gözlənilir, çünki yeni nəsil "Snapdragon 8 Elite Gen 5" və "Dimensity 9500" prosessorları ilə ilk cihazların buraxılışı yaxınlaşır.