Qan ləkəli yumurtanı yemək düzgündürmü?

5-03-2019, 07:55           
Qan ləkəli yumurtanı yemək düzgündürmü?
Yumurta köhnəlməyibsə, bu zaman insan səhhəti üçün heç bir təhlükə yaratmır

Gündəlik qidamıza daxil olan məhsullardan biri də yumurtadır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, yumurta ilə bağlı bəzən qəribə hadisələrlə də rastlaşırıq. Bu qəribəliklərdən biri də bəzən aldığımız yumurtanın sarısında, yaxud da elə qabığında qan ləkəsinin olmasıdır.

Maraqlıdır, A, D, E və B qrupu vitaminləri ilə zəngin olan yumurtada belə bir ləkənin olması nə dərəcədə normal və təhlükəsizdir?

Ekspertlərin sözlərinə görə, bəzən heyvanın qaraciyəri və yumurtalığında qan laxtasının olması belə bir ləkənin yaranmasına səbəb olur. Türkiyəli ekspertlər bildirirlər ki, bəzi hallarda isə heyvanların yaxşı qidalanmaması da bu cür ləkələrə səbəb olur.

Belə bir görüntü o qədər də xoş deyil və iştahanın yaranmasına kömək etmir. Amma bu, onun zərərli olması da demək deyil. Bir sözlə, yumurta köhnəlməyibsə, bu zaman insan səhhəti üçün heç bir təhlükə yaratmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru