Hansı ölkələrdə krantdan su içmək olar? – Keçmiş SSRİ-dən yalnız bir ölkədə bu mümkündür

8-03-2019, 19:09           
Hansı ölkələrdə krantdan su içmək olar? – Keçmiş SSRİ-dən yalnız bir ölkədə bu mümkündür
“AzPolitika.info” xəbər verir ki, məşhur “Daily Mail” nəşri dünya ölkələrində su xətlərinin vəziyyəti və istifadə olunan suyun keyfiyyətilə bağlı maraqlı araşdırmanın nəticələrini açıqlayıb.

Araşdırma ölkələrin böyük əksəriyyətində insanların evlərində ümumi su xətlərindən istifadə etdikləri suyun keyfiyyətinin normadan aşağı və bəzi hallarda hətta təhlükəli olduğunu üzə çıxarıb.

Məlum olub ki, 187 ölkədə krantlardan birbaşa su içilməsi ya təhlükəlidir, ya da ən azı məsləhət deyil. Maraqlıdır ki, Azərbaycan da daxil olmaqla, keçmiş SSRİ təmsilçiləri arasında yalnız Pribaltika respublikası olan Estoniyada krantlara gələn su içməyə tam yararlıdır. Qalan respublikalarda bu suyun qaynadılmadan içilməsi məsləhət görülmür.

Bütün krantlardan içməyə yararlı su axan ölkələr isə əsasən Avropa Birliyinə daxil olanlardır. Böyük Britaniya və Norveç kimi belə Avropa ölkələrilə yanaşı, evlərinə gələn suyu rahatlıqla içə bilən insanların yaşadığı məmləkətlər siyahısında ABŞ, Kanada, Avstraliya, Yaponiya, Çili, Cənubi Koreya və hətta əsasən səhralardan ibarət Səudiyyə Ərəbistanı da var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.