Mənsimovun təqaüd siyahısında iki məşhurun övladı var

11-03-2019, 09:21           
Mənsimovun təqaüd siyahısında iki məşhurun övladı var
Xəbər verdiyimiz kimi, Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan 100 azərbaycanlı tələbəyə aylıq təqaüd verəcək.

Axar.az xəbər verir ki, təqaüd veriləcək tələbələrin açıqlanan siyahısında iki məşhur jurnalistin də övladı var. Bunlar tanınmış telejurnalistlər Anar Yusifoğlu və Eldəniz Elgündür.

Belə ki, Mersin Universitetinin tələbəsi Aysu Əliyeva (Eldəniz Elgünün qızı) və İstanbul Universitetinin tələbəsi Elnur Yusifzadə (Anar Yusifoğlunun oğlu) da təhsildə fərqləndikləri üçün təqaüd verilənlər siyahısına düşüblər.

Qeyd edək ki, yanvar ayında şirkət tərəfindən verilən elandan sonra təqaüd üçün 3784 tələbə müraciət edib. Seçim zamanı ötənilki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar, şəhid ailəsi üzvü olanlar, Qarabağ müharibəsi qazilərinin yaxınları və ağır maddi durumda olan ailələrin övladlarına üstünlük verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru